IMG-LOGO

Azərbaycan bankları ESİ riskləri ilə bağlı təhlil və qiymətləndirmə aparacaq

12 Jan 2026 12:27 6 baxış
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Banklarda korporativ idarəetmə Standartları"nda dəyişikliklər edib.

"Report" xəbər verir ki, bununla bağlı AMB-nin sədrinin I müavini Əliyar Məmmədyarov yeni qərar imzalayıb.

Qərara əsasən, banklar ekoloji, sosial, iqtisadi (ESİ) amillərin onların fəaliyyətinə, fəaliyyət mühitinə cari və potensial təsirlərini qısa, orta və uzun müddətdə təhlil etməli, qiymətləndirməlidir. Bank ESİ risklərinin və fürsətlərinin idarə edilməsi ilə bağlı özünün təşkilati strukturu üzrə vəzifə və səlahiyyətlərinin dəqiq bölgüsünü müəyyən etməli və risklərin idarə olunması sisteminə daxil etməlidir.

Bundan başqa, bankların Müşahidə Şurasının fidusiar vəzifələri artırılıb. Belə ki, bundan sonra bankın Müşahidə Şurası ESİ risklərinin və fürsətlərin idarə edilməsi ilə bağlı Müşahidə Şurasının komitələrinin, İdarə Heyətinin və aidiyyəti struktur bölmələrinin vəzifə və səlahiyyətlərinin dəqiq bölgüsünü müəyyən etməli və bankda bu risklərin idarə edilməsinə nəzarəti həyata keçirməlidir.

AMB-nin Maliyyə bazarlarının hüquqi təminatı departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Xəbər lenti