Hesablama Palatası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinə rəy verib.
"Report" xəbər verir ki, rəy Palatanın internet səhifəsində yerləşdirilib.
Sənəd "Büdcə sistemi haqqında" və "Hesablama Palatası haqqında" qanunlara, "Fondun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"na uyğun hazırlanıb.
Prezident İlham Əliyev ötən il dekabrın 29-da ARDNF-in 2026-cı il büdcəsi haqqında fərman imzalayıb. Fərmana əsasən, gələn il ARDNF-in büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (bu illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 13 milyard 16 milyon manat (11 % az) olması proqnozlaşdırılır.
2026-cı il üçün dövlət büdcəsində Fonddan transfertin məbləği 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,4 % azdır.