IMG-LOGO

ARDNF-in əmək və idarəetmə xərcləri azaldılıb

12 Jan 2026 11:40 5 baxış
IMG

Bu il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əməkhaqqı və idarəetmə xərcləri 41,9 milyon manat təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ötən illə müqayisədə Fondun əməkhaqqı və idarəetmə xərcləri 1,8 milyon manat azaldılıb. Bu, Fondun ümumi xərclərinin optimallaşdırılması və dövlət büdcəsinə transfertlərin aşağı salınması fonunda həyata keçirilib.

Hesablama Palatası qeyd edir ki, idarəetmə xərclərinə əməkhaqları, sosial ayırmalar, inzibati və əməliyyat xərcləri daxildir və bu istiqamətdə qənaət tədbirləri 2026-cı il büdcə layihəsində nəzərə alınıb.

Xəbər lenti