IMG-LOGO

Keçən il 2 mindən çox insana şəhid ailəsi üzvü vəsiqəsi verilib

12 Jan 2026 11:51 4 baxış
IMG

Keçən il 2 092 şəxsə şəhid ailəsi üzvü vəsiqəsi verilib.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.

Onun sözlərinə görə, ötən il şəhid ailələri, əlilliyi olan şəxslər və digər bu kateqoriyadan olan 1 619 şəxsə sanatoriya-kurort göndərişi verilib.

"Vətəndaşlara növbəlilik qaydasında sanatoriya-kurort göndərişi veriləcək. Bu proses elektronlaşdırılıb, hər kəs öz növbəsini görə bilər. Qaydalarda hazırda heç bir dəyişiklik yoxdur".

Xəbər lenti