IMG-LOGO

Elvin Cəfərquliyev 4 ay sonra “Qarabağ”ın heyətində meydana çıxdı -FOTO

09 Jul 2026 21:47 7 baxış
IMG
2 0

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev uzun müddət sonra yenidən komandanın heyətində oyuna çıxıb.

Lent.az xəbər verir ki, müdafiəçi Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Vestri” (İslandiya) ilə keçirilən oyunun 65-cı dəqiqəsində meydana daxil olub. 

O, qarşılaşmada Bruno Lanqanı əvəzləyib. Xatırladaq ki, futbolçu ötən mövsümün aprelində intizamsızlıq səbəbilə baş məşqçi Qurban Qurbanov tərəfindən cəzalandırılaraq əsas heyətdən uzaqlaşdırılmışdı. Hazırda davam edən matçda Ağdam klubu 3:0 öndədir.

Qarabağ Elvin Cəfərquliyev

Mənbə: lent.az

Xəbər lenti