IMG-LOGO

Avropa Liqası: “Qarabağ”dan inamlı qələbə

09 Jul 2026 22:01 9 baxış
IMG
0 0

“Qarabağ” bu gün Avropa Liqasının yeni mövsümündə ilk oyununa çıxıb.

Lent.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşıb.

Komandalar arasındakı ilk oyun Bakıda keçirilib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunu Moldovadan olan hakimlər idarə ediblər.

Görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeud edək ki, komandalar arasındakı cavab oyunu iyulun 17-də Reykyavikdə keçiriləcək.

 

Qarabağ Avropa Liqası

Mənbə: lent.az

Xəbər lenti