IMG-LOGO

Bu ölkədə isti hava səbəbindən ölənlərin sayı 5 mini keçdi

09 Jul 2026 19:20 9 baxış
IMG
0 0

Almaniyanın ictimai səhiyyə üzrə aparıcı orqanı olan Robert Kox İnstitutu iyun ayında baş verən həddindən artıq isti hava dalğası səbəbindən ölkədə 5120 nəfərin öldüyünü açıqlayıb. Yaşlılar, xüsusən də 85 yaşdan yuxarı olanlar bundan ən çox təsirlənib və yaxın günlərdə temperaturun yenidən yüksələcəyi gözlənilir. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Almaniyada iyun ayında ölüm hallarında əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Ölkənin aparıcı ictimai səhiyyə orqanı olan Robert Kox İnstitutunun yaydığı hesabatda iyun ayında isti hava dalğası səbəbindən ölənlərin sayının 5120-yə çatdığı bildirilib. Ölüm halları isti hava vurması və həddindən artıq isti havanın yaratdığı mövcud sağlamlıq problemlərinin kəskinləşməsi ilə əlaqələndirilib.

İnstitutun açıqlamasına görə, həddindən artıq istidən ən çox yaşlılar, xüsusən də 85 yaş və yuxarı olanlar təsirlənib. Müvafiq olaraq, 85 yaşdan yuxarı 2950 nəfər isti dalğasından ölüb. 1320 nəfər 75-84 yaş arasında, 550 nəfər 65-74 yaş arasında, 300 nəfər isə 65 yaşdan aşağı olub. Məlumatlar həmçinin göstərir ki, həddindən artıq istidən ölən 85 yaşdan yuxarı insanlardan 1780-i qadın, 1170-i isə kişi olub. Ölümlərin isti vurması və həddindən artıq istidən mövcud olan sağlamlıq vəziyyətlərinin kəskinləşməsi səbəbindən baş verdiyi bildirilir.

Almaniya Meteorologiya Xidmətinin son məlumatlarına görə, sabahdan etibarən ölkənin cənubunda temperatur 34 dərəcə Selsidən yuxarı qalxacaq. Bazar günü ölkənin cənub və cənub-qərb bölgələrində temperatur 36 dərəcə Selsiyə çatacaq.

Almaniyada isti hava dalğalarından ölənlərin sayının 2025-ci ildə 2550, 2024 və 2023-cü illərdə 3000, 2022-ci ildə isə 4700 olduğu bildirilib. Almaniyada həddindən artıq isti havadan ölənlərin sayının ən yüksək olduğu illər 2019-cu ildə 6900 ölüm hadisəsi ilə, 2018-ci ildə isə 8400 ölüm hadisəsi ilə qeydə alınıb. İyun ayında ölkədə temperatur rekord həddə çataraq ardıcıl üç gün ərzində 41 dərəcə Selsi səviyyəsini keçib.

Hava istidən ölənlər Almaniya

Mənbə: lent.az

Xəbər lenti