IMG-LOGO

"Aqroservis" auditor seçir

30 Jan 2026 09:00 2 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, sorğuda iştirak haqqı 71 manatdır.

İddiaçılar təkliflərini fevralın 12-nə qədər səhmdar cəmiyyətinin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, ev 12 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 12-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 16 215 manat ödənilib.

Xəbər lenti