IMG-LOGO

Vüsal Xanlarov: "Rəqəmsal məktəb"lə müəllimlərin hansı çətinliklərlə üzləşdiyini görürük

24 Feb 2026 11:49 4 baxış
IMG

"Rəqəmsal məktəb" layihəsi vasitəsilə müəllimlərin hansı çətinliklərlə üzləşdiyini müəyyənləşdirmək mümkündür.

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, layihənin regionlarda da genişləndirilməsi nəzərdə tutulub:

"Gənc müəllimlər "Rəqəmsal məktəb"i daha tez qavrayır. Biz sistemdə artıq müəllimlərin hansı çətinliklərinin olduğunu görə bilirik".

V.Xanlarov həmçinin bildirib ki, hazırda elektron jurnallar məktəblərdə işləyir, lakin onların effektivliyi yalnız tətbiq edildikcə qiymətləndirilə bilər:

"Elektron jurnal istifadəyə verildikdə müəllimlərin buna tam imkanları olmalıdır. Bu sistemlərdən səmərəli istifadə olunması üçün müəllim otaqlarını tam müasirləşdiririk. Ancaq sistemi tətbiq etməzdən əvvəl mövcud problemləri də aradan qaldırmalıyıq".

Xəbər lenti