Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:
10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək; 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.
yol təmir AAYDAMənbə: lent.az