"Petrokem Qrup" MMC nizamnamə kapitalını 8,508 milyon manat və yaxud 2,9 dəfə azaldaraq 13,09 milyon manatdan 4,582 milyon manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
"Petrokem Qrup" 1993-cü ildə yaradılıb, BP şirkətinin Azərbaycanda sürtkü yağı üzrə eksklüziv distribyutorudur, "Azəri-Çıraq-Günəşli" (AÇG), "Şahdəniz", "Bakı-Tbilisi-Ceyhan" (BTC) və "Cənubi Qafqaz" boru kəməri (CQBK) üzrə obyektlərə dəstək üçün inventarın idarə olunması, tələblərin planlaşdırılması və mütəxəssis məsləhətləri verilməsini həyata keçirir.