IMG-LOGO

"Comex" birjasında qızılın qiyməti tarixi maksimumu yeniləyib

12 Jan 2026 06:27 4 baxış
IMG

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçersinin dəyəri bir troya unsiyası üçün 4 600 dollar səviyyəsinə çataraq tarixi maksimumu yeniləyib.

"Report" xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından aydın olur.

Bakı vaxtı ilə saat 04:47-yə olan məlumata görə, dəyərli metalın qiyməti bir troya unsiyası üçün 4 605 dollar (+1,92%) təşkil edib.

Saat 05:05-ə doğru qızılın dəyəri artımını sürətləndirərək bir unsiya üçün 4 610,5 dollar səviyyəsində ticarət olunub.

Xəbər lenti