IMG-LOGO

ABŞ-də İrandakı etirazları dəstəkləyən nümayişçilərin üstünə yük maşını sürülüb

12 Jan 2026 06:59 4 baxış
IMG

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində İrandakı etiraz aksiyalarına dəstək məqsədilə keçirilən mitinqlər zamanı yük avtomobili kütlənin üzərinə sürülüb.

"Report" xəbər verir ki, bu barədə KNBC telekanalı məlumat yayıb.

"Los-Anceles Yanğından Mühafizə Xidmətinin məlumatına görə, azı iki nəfər tibbi yardım üçün müraciət edib", - deyə nəşr bildirib.

Məlumata görə, hadisədən sonra nümayişçilər sürücüyə hücum etməyə çalışıb və avtomobilin şüşələrini sındırıblar. Hüquq-mühafizə orqanları yük maşınının sükanı arxasında olan şəxsin kimliyini hələ müəyyən etməyib.

Qeyd edək ki, İranda etirazlar dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra başlayıb və o vaxtdan bəri ölkənin azı 46 şəhərini əhatə edib. Mövcud məlumatlara görə, onlarla insan, o cümlədən azı beş uşaq həlak olub, çox sayda insan yaralanıb. Yanvarın 8-i axşam saatlarında respublikada internet və mobil rabitənin kəsilməsi zorakılığın kəskinləşdiyi bir vaxtda informasiya əldə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Xəbər lenti