İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində "Japan Tobacco International" şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşərək onunla şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığını müzakirə edib.
"Report" xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, görüşdə həmçinin Azərbaycanın COP 29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində "Japan Tobacco International" (@JTI_global) şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq. Azərbaycanın #COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə… pic.twitter.com/NWBJmrFZ7A
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024 Bizim Telegram kanalımıza abunə olun