ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Venesueladakı hərbi əməliyyatdan sonra Kuba hakimiyyəti ilə mümkün "razılaşma" barədə təmasdadır.
"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirdiyi Mar-a-Laqo malikanəsindən (Florida ştatı) Vaşinqtona qayıdarkən təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbəti zamanı deyib.
"Bunu tezliklə biləcəksiniz. Biz Kuba ilə danışırıq. Siz bunu tezliklə öyrənəcəksiniz", – deyə Amerika lideri Vaşinqtonun Havana ilə hansı "razılaşma"nı bağlamaq istədiyi barədə suala cavab verərkən bildirib.
Tramp həmçinin "bir vaxt" Venesuelanın Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqeslə görüşəcəyini qeyd edib.