IMG-LOGO

Çin 2023-cü ildə neft hasilatını 208,91 milyon tona çatdırıb

17.01.2024 07:58 65 baxış
IMG

Çinin neft-qaz sektorundakı şirkətlər 2023-cü ildə neft hasilatını 2 % (208,91 milyon tona), təbii qaz hasilatını isə 5,8 % (229,7 milyard kubmetrə qədər) artırıblar.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi (DSİ) məlumat yayıb.

Bildirilib ki, dekabrda orta sutkalıq neft hasilatı 569 min tona, qaz isə 670 milyon kubmetrə çatıb. Çin 12 ay ərzində neft emalının həcmini 9,3 % artıraraq 734,78 milyon tona çatdırıb.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti