ABŞ-nin Qrenlandiyaya qarşı güc tətbiq etməsi NATO-nun sonu olardı.
"Report" xəbər verir ki, bu barədə "France Info" telekanalının efirində Fransanın 2012–2017-ci illərdə prezidenti olmuş Fransua Olland bildirib.
"Əgər ABŞ Qrenlandiyaya qarşı güc tətbiq etməyə qərar versəydi – bu fərziyyə məndə şübhə doğurur, lakin Prezident Donald Trampla heç vaxt əmin olmaq olmaz – bu, onların avropalı əsgərlərə qarşı hərəkət etməsi demək olardı. Bu isə Şimali Atlantika Alyansının (NATO) sonu deməkdir", – deyə o qeyd edib.
Ollandın fikrincə, ABŞ Qrenlandiyaya qarşı "heç bir addım atmamalıdır, xüsusən də hərbi vasitələrlə".
Xatırladaq ki, daha əvvəl "Daily Mail" qəzeti Trampın ABŞ-ın Xüsusi Əməliyyatlar üzrə Birgə Komandanlığına (JSOC) Qrenlandiyaya müdaxilə ilə bağlı ətraflı plan hazırlamağı tapşırdığı barədə məlumat yaymışdı.