Bu il yanvarın 1-nə Azərbaycanda 1 025,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, səpin aparılmış sahənin 99 %-ni və yaxud 1 015,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, onun da 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 161,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad (56,6 min ha), Füzuli (32,0 min ha), Şamaxı (29,3 min ha), Hacıqabul (24,6 min ha), Şəki (24,1 min ha), İsmayıllı (21,2 min ha), Ağcabədi (20,0 min ha) və Xocavənd (18,9 min ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (34,5 min ha), Şəki (34,2 min ha), Neftçala (26,7 min ha), Biləsuvar (24,3 min ha), Ağsu (19,9 min ha), Goranboy (15,7 min ha) və Qobustan (14,6 min ha) rayonlarında səpilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,6 %, o cümlədən buğdanın səpin sahəsi 9,9 % azalıb, arpanın səpin sahəsi 4,3 % artıb.
Bizim Telegram kanalımıza abunə olun