Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq.
"Report" xəbər verir ki, bu, Niderlandın ən böyük bank qrupu olan "ING Group"un gözləntiləridir.
Qrupun proqnozlarına əsasən, AMB II rübdə uçot dərəcəsini 7 %-ə qədər artıra bilər. III rübdə dərəcənin daha 25 baza bəndi artırılaraq 7,25 %-ə, IV rübdə isə 7,75 %-ə çatdırılacağı gözlənilir.
2025-ci ildə AMB uçot dərəcəsini 8 dəfə nəzərdən keçirib. Onlardan 6-sında dərəcə dəyişməyib, iki dəfə isə dərəcənin azaldılması (hər dəfə 25 baza bəndi) barədə qərar qəbul edilib. Dərəcə son dəfə ötən ilin dekabrın 10-da 6,75 %-ə endirilmişdi.
Bu il də tənzimləyici qurum uçot dərəcəsinə 8 dəfə baxacaq. Bununla bağlı ilk açıqlama fevralın 4-də olacaq.