IMG-LOGO

Dubaydan Rusiyaya uçan sərnişin təyyarəsi fəlakət siqnalı verdi - YENİLƏNİB

08 Jan 2026 19:09 8 baxış
IMG
0 0

Moskvaya uçarkən fəlakət siqnalı verən təyyarə Dubaydakı Əl-Məktum hava limanına qayıdıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ekipaj təyyarəni yanacağı qurtardıqdan sonra yerə endirib. Onun Moskva vaxtı ilə saat 21:30-da Rusiya paytaxtına enməsi planlaşdırılırdı.

Təyyarədə texniki nasazlıq aşkar edildiyi bildirilir.

***

18:36

Birləşmiş Ərəb Əmirliklərin-dən Rusiyaya uçan Utair hava şirkətinin təyyarəsi fəlakət siqnalı verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 

767-224 reysi Dubaydakı Əl-Maktum hava limanından Moskvaya, Moskva vaxtı ilə saat 14:48-də yola düşüb. 

Təyyarə demək olar ki, dərhal qəza siqnalı verib. Artıq Fars körfəzi üzərində 10 dairə vurub.

Təyyarənin Vnukovo hava limanına Moskva vaxtı ilə saat 21:15-də enməsi planlaşdırılırdı. Fövqəladə vəziyyət siqnalının səbəbi hələlik açıqlanmayıb.

 

Təyyarə fəlakət siqnalı Dubay Moskva

Xəbər lenti