IMG-LOGO

Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar 4 %-ə yaxın artıb

07 Jan 2026 15:53 3 baxış
IMG

2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manat vəsait daxil olub.

"Report" quruma istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,5 %, proqnozdan isə 5,5 % çoxdur.

Ötən il vergi daxilolmalarının 12 milyard 6 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə əvvəlki ilə nisbətən 8,9 %, proqnozdan isə 2,9 % çoxdur.

Xatırladaq ki, ötən il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməli idi.

Xəbər lenti