IMG-LOGO

“İran xalqına yardım artıq yoldadır” - ABŞ senatoru

07 Jan 2026 13:23 7 baxış
IMG
0 0

İran rəhbərliyi xalqa qarşı zorakılığı davam etdirərsə, bunun ağır nəticələri olacaq.

Lent.az xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “FOX News”a müsahibəsində bildirib. 

Onun sözlərinə görə, “ayətullahlar anlamalıdır ki, daha yaxşı həyat tələb edən vətəndaşlarını öldürməyə davam etsələr, Donald Tramp da onları öldürəcək”. 

Senator qeyd edib ki, İranda böyük dəyişikliklər qaçılmazdır.

Lindsi Qrem vurğulayıb ki, qarşıdakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq və bu, mövcud hakimiyyətin aradan qaldırılması ilə nəticələnəcək.

Qrem deyib ki, beynəlxalq ictimaiyyət İran xalqının tərəfindədir.

“İran xalqına yardım artıq yoldadır”, – senator əlavə edib.

İranda etirazlar

Xəbər lenti