IMG-LOGO

Vulqar formada hüquqi məsləhət: Nazir işə qarışdı, araşdırma başladı -VİDEO

07 Jan 2026 12:15 6 baxış
IMG
0 0

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən qadın vəkilin sosial mediada etdiyi paylaşım ictimai reaksiyaya səbəb olub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, paylaşımın ardından vəkil barəsində İzmir Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladıldığı bildirilib.

Türkiyənin ədalət naziri Yılmaz Tunç sosial media hesabında verdiyi açıqlamada vəkillik peşəsinin ictimai məsuliyyət daşıdığını vurğulayıb, hüququn ciddiliyini zədələyən və yanlış yönləndirmə yaradan davranışların qəbuledilməz olduğunu qeyd edib.

Bildirilib ki, məsələ ilə bağlı İzmir Vəkil Bürosu tərəfindən də intizam araşdırması başlanıb. Araşdırmada vəkilin peşə etikası qaydalarına zidd davranıb-davranmadığı dəyərləndiriləcək.

qadın vəkil sosial media paylaşımı araşdırma İzmir Yılmaz Tunç Ədliyyə Nazirliyi İzmir Barosu hüquq xəbərləri

Xəbər lenti