Yanvarın 22-də, saat 15:00-da "Atasığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, 9 ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin maliyyə vəziyyətinin müzakirə edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 8,256 milyon manat manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
Dekabrın 6-da Azərbaycan Mərkəzi Bankı "Atasığorta"ya müvəqqəti inzibatçı təyin edib.