IMG-LOGO

"Hyundai" insanabənzər robotunu təqdim etdi

07 Jan 2026 06:34 4 baxış
IMG
0 0

"Hyundai" avtokonserninə məxsus "Boston Dynamics" şirkəti Las-Veqasda keçirilən CES 2026 sərgisində ilk dəfə "Atlas" insanabənzər robotunu nümayiş etdirib.

Lent.az xəbər verir ki, məlumatı 1news.co.nz yayıb.

"Atlas" təqdimat zamanı müstəqil şəkildə yerindən qalxıb, səhnədə rahatlıqla addımlayıb, tamaşaçılara əl edib, gövdəsini və başını rahat şəkildə hərəkət etdirə bilib. O, uzaqdan mühəndis tərəfindən idarə olunub, amma real şərtlərdə "Atlas" özü yeriyəcək və tapşırıqları yerinə yetirəcək.

Robot sənayedə istifadə üçün nəzərdə tutulur. 2028-ci ildə "Atlas"ın Corciya ştatında (ABŞ) "Hyundai" avtomobil zavodunda elektromobil istehsalına yardım etməyə başlayacağı gözlənilir.

Hyundai robot

Xəbər lenti