IMG-LOGO

Maduro və həyat yoldaşı məhkəməyə aparılır - VİDEO

05 Jan 2026 16:44 8 baxış
IMG
0 0

Nikolas Maduro məhkəmə prosesində iştirak etməsi üçün təcridxanadan çıxarılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Maduro və həyat yoldaşı helikopterlə Nyu-York məhkəməsinə aparılır.

Onlar bir qədər sonra Manhattan Federal Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada hərbi əməliyyat keçirib, desant qüvvələri Nikolas Maduro və həyat yoldaşını saxlayıb.

Sizin brauzer video tagını dəstəkləmir. ABŞ-ın Venesuelaya hücumu Maduro ABŞ

Xəbər lenti