IMG-LOGO

Azərbaycanda bu il təhsil sistemində adambaşı maliyyələşməyə keçidə 31 milyon manat xərclənəcək

05 Jan 2026 14:38 7 baxış
IMG

Bu il Azərbaycanda 11 min nəfərə qədərə təhsilalanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsinə 30,7 milyon manat vəsait ayrılacaq.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı üzrə 2026-cı ildə daha 100 təhsil qrantı nəzərə alınmaqla, ümumilikdə 282 təhsil qrantının maliyyə təminatı üçün 3,7 milyon manat vəsait nəzərdə tutulub.

Xəbər lenti