IMG-LOGO

Azərbaycan bu il "Məktəblinin dostu" layihəsinə 8 milyon manatdan çox pul xərcləyəcək

05 Jan 2026 14:01 10 baxış
IMG

Bu il Azərbaycanda dövlət büdcəsindən "Məktəblinin dostu" layihəsinin maliyyələşməsinə 8,2 milyon manat vəsait ayrılacaq.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Layihənin məqsədi məktəblərdə təhlükəsiz mühit yaratmaq, şagirdlərin davranış qaydalarına nəzarət etmək, baş verəcək fövqəladə hallarda uşaqlara ilkin tibbi və psixoloji yardım göstərməkdir.

Bundan başqa, il ərzində xüsusi təhsilə cəlb olunan 13 412 nəfərin valideynlərinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinətin ödənilməsinə 8,1 milyon manat ayrılacaq.

Xəbər lenti