IMG-LOGO

İsrail və Suriya yeni danışıqlar raundu keçirəcək

05 Jan 2026 07:30 4 baxış
IMG
0 0

İsrail və Suriya nümayəndə heyətləri arasında yeni danışıqlar raundunun bazar ertəsi Parisdə keçirilməsi planlaşdırılır. Lent.az xəbər verir ki, bu barədə Asharq Al-Awsat qəzeti məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutacaq. Tərəflər iki ay əvvəl dayandırılmış dialoqu bərpa edərək təhlükəsizlik tədbirləri ilə bağlı yeni razılaşmaya nail olmağa çalışacaq.

israil suriya

Xəbər lenti