Çeçenistan lideri Ramzan Kadırov əlində əsa ilə ictimaiyyət qarşısına çıxıb.
Lent.az-ın xarivi mediaya istinadla xəbərinə görə, görüntülər Açhoy-Martan rayonunun Novı Şaroy kəndində hafizlik məktəbinin açılış mərasimi zamanı çəkilib. Kadrlarda Kadırovun taxta əsa tutduğu görünür, lakin onun axsayıb-axsamadığı göstərilmir.
Kadırovun xəstəxanaya yerləşdirilməsi ilə bağlı şayiələr əvvəllər sosial mediada yayılıb. Regional milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bu şayiələri yalan adlandıraraq Çeçenistan liderinin videosunu paylaşıb.
Rəsmi məlumata görə, dekabrın 29-da regionun lideri 2025-ci ilin yekunlarına dair iclas keçirib, dekabrın 31-də sakinləri Yeni il münasibətilə təbrik edib və yanvarın 1-də Ukraynakı müharibə bölgəsinə yeni avadanlıq göndərib.
Ramzan Kadırov Çeçenistan lideri