Ağ Ev administrasiyası rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller Qrenlandiyanın ABŞ bayrağının rənglərində tərtib olunmuş və üzərində “Tezliklə” (“Soon”) yazısı olan xəritəsini X sosial şəbəkəsində paylaşıb.
Lent.az xəbər verir ki, bu, Danimarkada narazılıqla qarşılanıb.
Danimarkalı diplomat Yesper Meller Serensen bildirib ki, Kopenhagen Vaşinqtondan Danimarkanın ərazi bütövlüyünə hörmət göstərilməsini gözləyir.
Bu arada Britaniyanın “The Guardian” qəzeti yazıb ki, Venesueladan sonra Vaşinqtonun növbəti hədəfləri İran və Danimarka ola bilər.
ABŞ Millerin həyat yoldaşı Qrenlandiya xəritə