IMG-LOGO

Maduro və həyat yoldaşı Nyu-Yorkda təyyarədən endirildi

04 Jan 2026 03:25 7 baxış
IMG
0 0

ABŞ tərəfindən saxlanılan Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-York ştatındakı hava limanında təyyarədən endiriliblər.

Lent.az xəbər verir ki, bu barədə “NBC News” məlumat verib.

"Nikolas Maduro və həyat yoldaşı ABŞ-a aparılıb. Onlar bir neçə dəqiqə əvvəl təyyarədən düşüblər", - telekanalın məlumatında deyilir.

Maduro və həyat yoldaşının tezliklə barmaq izlərinin götürülməsi və şəkillərinin çəkilməsi gözlənilir.

İddiaya görə onlar yanvarın 5-də hakim qarşısına çıxarılması gözlənilir və o vaxta qədər onlar, çox güman ki, Bruklindəki müvəqqəti saxlama mərkəzində saxlanılacaqlar.

Maduro

Xəbər lenti