IMG-LOGO

Tramp Venesuelaya hücum əmri verdi

03 Jan 2026 12:10 5 baxış
IMG
0 0

ABŞ prezidenti Donald Tramp Venesuela ərazisində, o cümlədən hərbi obyektlərə qarşı zərbələrin endirilməsi barədə göstəriş verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ rəsmilərinə istinadən CBS News telekanalının jurnalisti Jennifer Jacobs məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, qərar Venesueladakı müəyyən hədəfləri əhatə edir və məsələ ilə bağlı rəsmi qurumların mövqeyi açıqlanmaqdadır.

Onun X sosial şəbəkəsində yazdığına görə, bu addım Tramp administrasiyasının Venesuela prezidenti Nicolas Maduroya qarşı apardığı kampaniyanın kəskin şəkildə gücləndirilməsi deməkdir.

Qeyd edək ki, az əvvəl ABŞ ordusunun Venesuelanın paytaxtı Karakas şəhərinə hücum görüntülərini paylaşmışıq.

ABŞ-Venesuela

Xəbər lenti