IMG-LOGO

Ən çox kərə yağı istehlak edən ölkə hansıdır?

03 Jan 2026 10:27 3 baxış
IMG
0 0

Şübhəsiz ki, kərə yağı bir çox yeməyin dadını yaxşılaşdırır. Onu çörəyin. peçenyelərin üzərinə çəkmək, steyki yağlamaq və daha çox məqsədlə istifadə etmək olar. Lakin sual yaranır: kərə yağı sevənlərin “kralı” hansı ölkədir?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu ölkə Danimarkadır.

Məlumata əsasən, Danimarka süd məhsulları “duelində” Fransanı cüzi fərqlə geridə qoyub: Danimarkada adambaşına 8,5 kq, Fransada isə 8,3 kq kərə yağı istehlak olunur. Bu göstərici ölçüsünə görə ABŞ-ın Qərbi Virciniya, Cənubi Karolina və Men kimi bəzi ən kiçik ştatlarından da kiçik olan bir ölkə üçün olduqca yüksəkdir. Üçüncü yeri adambaşına 8,1 kq istehlakla ilk beşlikdə yer alan yeganə qeyri-Avropa ölkəsi olan Bəhreyn tutub.

Belçika və Niderland isə müvafiq olaraq 7,8 kq və 6,8 kq göstəricilərlə beşliyi tamamlayır.

Danimarka yağ

Xəbər lenti