IMG-LOGO

Rusiyada qayıq aşdı: 3 nəfər öldü, bir yaralı var

02 Jan 2026 23:18 3 baxış
IMG
0 0

Rusiyanın Leninqrad vilayətində Novoladojski kanalında qayığın aşması nəticəsində üç nəfər həyatını itirib. Lent.az xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qəza-xilasetmə xidməti məlumat yayıb.

Məlumata görə, yanvarın 2-si axşam saatlarında Novaya Ladoqa şəhərinin axtarış-xilasetmə dəstəsinə Krenitsi bazası ərazisində dörd nəfərin olduğu qayığın aşması barədə məlumat daxil olub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb, üç nəfər isə ölüb.

Məlumata görə, hüquq-mühafizə orqanları ölənlərin cəsədlərini hadisə yerindən aparıb, xəsarət alan şəxs isə xəstəxanaya yerləşdirilib.

rusiya qayıq leninqrad

Xəbər lenti