IMG-LOGO

Trampdan İran xalqına dəstək: "Əgər İran dinc etirazçıları zorakılıqla öldürərsə..."

02 Jan 2026 14:34 4 baxış
IMG
0 0

ABŞ prezidenti Donald Tramp İrandakı etirazçılara dəstək olduğunu açıqlayıb.

Lent.az bu barədə MOUZE telegram kanalına istinadla xəbər verir.

ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində ​​bildirib:

"Əgər İran dinc etirazçıları zorakılıqla güllələyərək öldürərsə, Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək. Biz tam hazırıq və təchiz olunmuşuq".

Trampın bu açıqlamaları İrandakı daxili hadisələrin və etirazların vəziyyətinə beynəlxalq reaksiyaların yenidən medianın və siyasi dairələrin diqqət mərkəzinə çevrildiyi bir vaxtda dərc edilib.

İran ABŞ ABŞ prezidenti Donald Tramp İranda etirazlar

Xəbər lenti