IMG-LOGO

Ukraynada "Defence City"də döyüş dronlarının istehsalı təşkil ediləcək

02 Jan 2026 14:23 3 baxış
IMG

Ukraynada "Defence City"nin ilk rezidenti "Vampir", "Şrayk" döyüş dronlarının və İranın "Shahed" PUA-larından müdafiə sistemlərinin istehsalçısı olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi ölkənin müdafiə naziri Denis Şmıqala istinadən məlumat yayıb.

"Müdafiə Nazirliyi ilk şirkətə "Defence City" rezidenti statusu verib. Bu, ən böyük dron istehsalat şirkətlərindən biridir. Onların hamısı döyüş meydanında yüksək effektivlik göstərib", - D.Şmıqal deyib.

Nazir qeyd edib ki, "Defence City" - müdafiə istehsalatının miqyasını genişləndirmək, investisiyaları cəlb etmək və Ukrayna müdafiə sənayesi kompleksinin inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlmiş sistematik dövlət siyasətidir.

D.Şmıqal vurğulayıb ki, platforma rezidentləri istehsalatın inkişafı üçün real vasitələr əldə edirlər, məsələn, vəsaitlərin inkişafa yenidən investisiya edilməsi şərtilə mənfəət vergisindən azad olma; torpaq, əmlak və ekoloji vergilərdən azad olma; sadələşdirilmiş gömrük prosedurları; rejim müddətində müəssisənin məlumatlarının qorunması və məxfiliyinə dair xüsusi zəmanətlər; ehtiyac olduqda dövlət tərəfindən köçürülmə dəstəyi və istehsal gücünün təhlükəsizliyinin artırılması.

Xəbər lenti