IMG-LOGO

İran Prezidenti üsyan etdi: İnsanlar narazıdırsa, bu, bizim günahımızdır

02 Jan 2026 08:20 3 baxış
IMG
0 0

Tehranda İranın pul vahidinin ucuzlaşması və iqtisadi problemlər səbəbilə başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

Lent.az xəbər verir ki, etirazlara münasibət bildirən İran prezidenti Məsud Pazeşkian problemlərin həllində uğur səviyyəsinin əsasən düşüncə tərzindən və yanaşmadan asılı olduğunu bildirib.

Hökumətin effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli və ictimai narazılığı aradan qaldırmaq üçün iqtisadi və sosial problemlərə praktik həllər tapmalı olduğunu vurğulayan Pazeşkian sözlərinə belə davam edib:

"İnsanlar narazıdırsa, bu bizim günahımızdır. ABŞ-ı və ya başqalarını günahlandırmayın. Məsuliyyət bizimdir".

İran Pazeşkian

Xəbər lenti