2024-cü ildə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) 2 milyard manatdan çox əlavə kapital qoyulub.
"Report" xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin illik maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, 2025-ci il yanvarın 1-nə aviaşirkətə əlavə kapital qoyuluşu 2 milyard 626,091 milyon manat təşkil edib. Bu, 2024-cü il yanvarın 1-i ilə müqayisədə 2 milyard 354,858 milyon manat və yaxud 9,7 dəfə çoxdur.
Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.