IMG-LOGO

Yeni 2026-cı il dünyada qeyd olunmağa başladı

31 Dec 2025 17:28 5 baxış
IMG
0 0

Yeni 2026-cı il planet ətrafında səyahətinə Sakit okeanda Layn adalarından başlayıb və eyni okeanda Samoa adalarında başa çatacaq.

Lent.az-ın məlumatına görə, planetdə Yeni il gecəsi təxminən 24 saat davam edir.

Dünya Yeni ili nə vaxt qeyd edir (Bakı vaxtı ilə):

14:00 31 dekabr - Sakit okeandakı Layn adaları 11 mərcan adasından ibarət qrupdur (ən böyüyü Milad adasıdır) və eyni zamanda Polineziyadakı Kiribati ərazisinin bir hissəsidir;

17:00 31 dekabr - Yeni Zelandiya (Çatem adası), Tonqa, Feniks adası (Çin), Fici və Antarktida;

31 dekabr, saat 16:30-17:00 - Avstraliya;

31 dekabr, saat 19:00 - Yaponiya, Cənubi Koreya, Şimali Koreya;

31 dekabr, saat 20:00 - Çin;

31 dekabr, saat 21:00 - İndoneziya;

31 dekabr, saat 22:00 - Banqladeş, Şri-Lanka;

31 dekabr, saat 22:15 - Nepal;

31 dekabr, saat 22:30 - Hindistan;

31 dekabr, saat 23:00 - Pakistan, Özbəkistan, Qırğızıstan, Türkmənistan;

23:30, 31 dekabr - Əfqanıstan;

24:00, 31 dekabr - Ermənistan, Azərbaycan, Gürcüstan;

01:00, 31 dekabr - Rusiya, Belarus, Türkiyə;

02:00, 1 yanvar - Ukrayna, Moldova, Yunanıstan, İsrail, Rumıniya, Finlandiya;

03:00, 1 yanvar - Mərkəzi və Qərbi Avropa, Afrikanın bəzi hissələri;

04:00 1 yanvar - Birləşmiş Krallıq, Portuqaliya;

06:00 1 yanvar - Braziliya;

07:30 1 yanvar - Şərqi Kanada (Nyufaundlendin ən şərq adası), Karib adaları, Cənubi Amerikanın bir hissəsi;

09:00 1 yanvar - Amerika Birləşmiş Ştatları (Vaşinqton, Nyu-York), Kanada (Ottava).

 

Yeni il 2026-cı il qeyd olunan ölkələr qeyd olunma saatları

Xəbər lenti