IMG-LOGO

Azərbaycanda "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30 Dec 2025 13:09 6 baxış
IMG

Prezident İlham Əliyevin bu il avqustun 25-də imzaladığı, "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin təşkil edilməsini nəzərdə tutan fərman çərçivəsində bir sıra xidmətlər və portallar hazırlanır.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bunlardan biri elektron büdcə sistemidir ki, bu da dövlət büdcəsinin layihəsinin hazırlanmasını, lazımi proqnozların verilməsini təmin edəcək.

"Bundan başqa, elektron mühasibatlıq sistemi ilə beynəlxalq təcrübə əsasında ölkə daxilində elektron mühasibatlığın yaradılması, dövlət satınalmalarının elektron müqavilə ilə rəsmiləşdirilməsi, elektron xəzinədarlıq və nəzarət sistemləri ilə maliyyə əməliyyatlarının tam nəzarətdə saxlanılması nəzərdə tutulub. Bu sistemlər bir-birinə inteqrasiya olunacaq, büdcənin proqnozlaşdırılması, dövlət satınalmaları, xəzinənin icrası, ilin sonunda mühasibatlıq hesabatları hazırlanması və digər məsələləri vahid bir halqada birləşdirəcək. Hesab edirik ki, növbəti illərdə bu sistemlər mərhələli şəkildə istifadəyə veriləcək.

​Bu islahatlar bizə maliyyə intizamı və şəffaflıq, xərclərin optimallaşdırılması, vahid yanaşma sayəsində büdcə xərclərinə daha səmərəli nəzarət edilməsi, müxtəlif dövlət qurumlarının xərclərinin vahid standartlara gətirilməsi, əmək haqqı sisteminin təkmilləşdirilməsi, müxtəlif qurumlardakı fərqli əməkhaqqı sistemlərinə vahid yanaşma tətbiq olunması, dövlət qurumlarının strukturuna və ştat vahidlərinə vahid baxış bucağı formalaşdırılması kimi üstünlüklər qazandıracaq", - deyə o qeyd edib.

Xəbər lenti