IMG-LOGO

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçir

30 Dec 2025 10:25 2 baxış
IMG

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2025-ci il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 15 manatdır.

İddiaçılar təkliflərini yanvarın 27-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 27-də, saat 08:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi "Azəruçot" MMC olub. Şirkətə 1,9 min manat ödənilib.

Xəbər lenti