Tehran nüvə proqramını bərpa etməyə cəhd edərsə, ABŞ İrana zərbə endirməyə hazırdır.
Lent.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqların açılışında bildirib.
"Eşidirəm ki, İran yenidən nüvə arsenalını qurmağa çalışır və əgər belədirsə, biz onları dayandırmalı olacağıq. Biz onları dayandıracağıq. Biz onları məğlub edəcəyik. Amma ümid edirəm ki, bu baş verməyəcək", - deyə Tramp bildirib.
Tramp həmçinin məsələnin diplomatik həll yoluna üstünlük verəcəyini də qeyd edib.
"Eşidirəm ki, İran razılaşmaq istəyir. Əgər onlar razılaşmaq istəyirlərsə, bu, daha ağıllı yanaşmadır", - o əlavə edib.
Tramp İran