IMG-LOGO

"Bank of Baku" istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib

29 Dec 2025 18:26 3 baxış
IMG

Dekabrın 23-də "Bank of Baku" ASC tərəfindən bu ilin sentyabrın 23-də emissiyası həyata keçirilmiş 20 milyon manatlıq istiqrazlar üzrə bütün investorlara ilk kupon ödənişi uğurla icra edilib.

İstiqraz sahiblərinin hesablarına ümumilikdə 650 min manat köçürülüb. Bu məbləğ yekunda 3 milyon 900 min manat təşkil edəcək.

Qeyd edək ki, faiz gəlirləri rüblük qrafik əsasında ödənilir və illik gəlirliliyi 13 %, hər birinin nominal dəyəri 100 manat olan istiqrazlara görə ikinci kupon ödənişi 2026-cı ilin mart ayında baş tutacaq (Emissiya Prospektinə əsasən, qeyri–iş gününə təsadüf edərsə, kupon ödənişi növbəti ilk iş günü həyata keçirilir).

Xatırladaq ki, "Bank of Baku"nun istiqrazları investorlar tərəfindən yüksək maraqla qarşılanmışdı və bu da banka olan etimadın, eləcə də kapital bazarına artan marağın göstəricisidir.

"Bank of Baku"nun məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, "Bank of Baku"nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsinə – www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq mümkündür.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Xəbər lenti