Pakistanın Pəncab əyalətinin parlamenti çərpələng istehsalına və uçurulmasına qadağa qoyub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, qanunu pozanlar yeddi ilə qədər həbs cəzası və 5 milyon Pakistan rupisinə (17 milyon dollardan çox) qədər cərimə ilə üzləşəcəklər.
"Pəncab Qanunvericilik assambleyası çərşənbə günü əyalətdə həyat və əmlakı qorumaq üçün sərt cəzalar və yüksək cərimələr tətbiq edən çərpələng uçurtma tənzimləmə qanun layihəsini böyük səs çoxluğu ilə qəbul edib", - məlumatda bildirilir.
Yeni qanun iti ipli çərpələnglərin istehsalı, saxlanması, satışı və uçurulmasını qadağan edir. Artıq yalnız pambıq iplərə icazə verilir. Təsdiq edilmiş çərpələnglərin istehsalı və satışı üçün artıq məcburi qeydiyyat tələb olunur. Bütün çərpələng uçurma fəaliyyətləri əvvəlcədən təsdiqlənməlidir. Çərpələnglərlə bağlı qanun pozuntuları barədə məlumat vermək üçün 5000 rupiy (təxminən 55 dollara qədər) mükafat fondu da yaradılıb.
Pəncabda çərpələng uçurma və çərpələng yarışları xalq mədəniyyətinin bir hissəsidir. Basant yaz festivalı zamanı insanlar çərpələng uçurur və iştirakçılar çeviklik yarışlarında rəqiblərinin çərpələnglərini iti neylon iplər, məftillər və xüsusi şüşə manja ilə tutmağa və kəsməyə çalışırlar. Lakin bəzən ölümlə nəticələnən təhlükəli hadisələr səbəbindən hakimiyyət orqanları təhlükəsizlik səbəbi ilə bu cür fəaliyyətləri qadağan etmək qərarına gəliblər.
çərpələng uçurmaq çərpələng uçurmağa görə cəzalar