IMG-LOGO

Tayvanda güclü zəlzələ oldu

27 Dec 2025 21:05 4 baxış
IMG
0 0

Tayvan sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. Lent.az xəbər verir ki, bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 397 min nəfərin yaşadığı liman şəhəri Cilundan 63 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 68 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

tayvan zəlzələ

Xəbər lenti