IMG-LOGO

Azərbaycan manatının nominal və real effektiv məzənnələri noyabrda artıb

27 Dec 2025 13:44 3 baxış
IMG

Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,4 bənd təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,5 bənd çox, ilin əvvəlinə nisbətən 5,8 bənd, ötən ilin dekabrın 1-i ilə müqayisədə 4,1 bənd azdır.

Dekabrın 1-nə manatın real effektiv məzənnəsi 116,3 bənd təşkil edib. Bu isə noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,9 bənd çox, ilin əvvəlinə nisbətən 8,8 bənd, ötən illin noyabrın 1-i ilə müqayisədə isə 6,3 bənd azdır.

Xəbər lenti