Moskvanın Zamoskvoretski Məhkəməsi şahmatçı Qarri Kasparovu terror fəaliyyətinə açıq çağırış ittihamı ilə qiyabi olaraq həbs edib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məhkəmə sənədlərində qeyd edilir ki, qabaqlayıcı tədbir kimi məhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilib.
Kasparova qarşı iş Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terror fəaliyyəti törətməyə açıq çağırışlar, terrorizmi açıq şəkildə əsaslandırmaq və ya mediadan və ya internetdən istifadə edərək terrorizmi təbliğ etmək) ilə açılıb. Bu maddənin cəzası 5 ildən 7 ilə qədər həbsdir.
Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin may ayında xarici agent kimi təyin edilmiş şəxslərin reyestrinə əlavə edib. Rosfinmonitoring həmçinin onu ekstremistlər və terrorçular siyahısına əlavə edib.
Harri Kasparov məhkəmə həbs qərarı