IMG-LOGO

Britaniyada nazirə paba giriş qadağan edildi

21 Dec 2025 15:01 4 baxış
IMG
0 0

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs ölkədə vergilərin artırılması səbəbindən sevimli pabına daxil ola bilməyəcək.

Lent.az “The Mail on Sunday” qəzetinə istinadən xəbər verir ki, "Marsh Inn" pabının sahibi Martin Nouls onu “qara siyahı”ya salıb.

Bildirilir ki, Martin  Nouls təkcə Reyçel Rivsə deyil, həmçinin hakim Leyboristlər Partiyasının bütün deputatlarına pabına girişi qadağan edib. Pab sahibi qeyd edib ki, müştərilər bu qərarı müsbət qarşılayıblar.

Reyçel Rivs 2024-cü ilin iyulunda keçirilən ümumi seçkilərdə leyboristlərin qələbəsini məhz bu pabda qeyd edib.

Martin Nouls vurğulayıb ki, maliyyə naziri yalnız vergilər azaldıqdan sonra yenidən pabın qonağı ola bilər. Keçən həftə tanınmış teleaparıcı Ceremi Klarkson da vergi artımlarına etiraz olaraq Leyboristlər Partiyasının bütün deputatlarının öz pabına girişini qadağan edib.

Reyçel Rivs Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivs pab

Xəbər lenti