IMG-LOGO

"Sınıq fənərlər küçəsi"nin aktyoru vəfat etdi

21 Dec 2025 09:13 5 baxış
IMG
0 0

Aktyor Nikolay Denisov vəfat edib.

Lent.az "kino-teatr.ru" portalına istinadən xəbər verir ki, "Sınıq fənərlər küçəsi" teleserialındakı rolu ilə məşhurlaşan sovet və Rusiya teatr və kino aktyoru Nikolay Denisov dekabrın 19-da 80 yaşında vəfat edib.

Aktyorluqla yanaşı, Nikolay Denisov şair olub, Valeri Leontyevin "Mən canlıyam", "Kabare", "Çeri" və digər mahnılarının sözlərini yazıb.

Bundan əlavə, Nikolay Denisovun sözlərinin yazdığı mahnıları Lyudmila Qurçenko, Nikolay Karaçentsov, Sofiya Rotaru, Edita Piexa, Nadejda Babkina, Larisa Dolina, Mixail Boyarski, Filipp Kirkorov, Pavel Smeyan, Lyudmila Sençina, Mixail Şufutinski, Dmitri Pevtsov, Nikolay Baskov, Maksim Averin və başqaları ifa ediblər.

Aktyor Nikolay Denisov

Xəbər lenti